AZ

ABŞ Prezidenti Ağ Evdəki görüşlərin çox uğurlu keçdiyini bildirib

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə bağlı qapılar arxasında danışdıqdan sonra bu gün Oval kabinetdəki tədbirlərin çox uğurlu olduğunu bildirib.

Bakıvaxtı.az-ın məlumatına görə, Ağ Ev dövlət başçısının çıxışını yayımlayır.

Tramp vurğulayıb ki, o, Avropa İttifaqı liderləri və Zelenski ilə görüşdən sonra Rusiya ilə üçtərəfli görüşə səbəb olacaq razılaşmaların əldə olunacağını gözləyir.

ABŞ prezidenti görüşdən əvvəl deyib: "Bu gün masa ətrafında toplaşanlardan daha güclü insanların olub-olmadığını bilmirəm. Rusiya Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi ilə razılaşıb”.

Tramp həmçinin qeyd edib ki, tərəflər mümkün ərazi mübadiləsi və təmas xəttindəki "ağrı"lı vəziyyəti müzakirə edəcəklər.

Seçilən
74
50
bakivaxti.az

10Mənbələr