ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Trampla görüşə gələrkən Ukrayna nümayəndə heyəti böyük xəritə ilə Ağ Evə daxil olub.
Globalinfo.az xəbər verir ki, Prezident Administrasiyasının rəhbəri Andrey Yermak, müdafiə naziri Rustem Umerov, Zelenskinin ofisinin rəhbər müavini İqor Palisa və digər müşayiət edən şəxslərin əlində bükülmüş xəritə olub.
Oval kabinetdə Tramp və Zelenski arasında qapalı danışıqlar başlamazdan əvvəl Ukraynanın böyük xəritəsi quraşdırılıb.
Xəritədə Şərqi Ukrayna çəhrayı rənglə kölgələnib və rusiyanın nəzarətində olan ərazilər kimi göstərilib.
BBC qeyd edib ki, bu xəritə Tramp üçün Zelenskiyə təzyiq vasitəsi, yəni ərazilərin sülh müqabilində dəyişdirilməsi üçün vizual arqument rolunu oynaya bilər.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.