RU

Aleksandr Ramalinqom: “Qarabağ”a da qalib gəlsək, həqiqətən əla başlanğıc olar” - MÜSAHİBƏ

“Sumqayıt”ın hücumçusu Aleksandr Ramalinqomun Futbolxeber.az-a müsahibəsi

- “Kəpəz”ə 3 cavabsız qolla qalib gəldiniz. Mövsümün ilk matçını necə dəyərləndirirsiniz?

- Mövsümə yaxşı başladıq. Komanda şəklində gözəl mübarzə apardıq. Rəqibdən daha üstün idik. Erkən qol vurduq. Çox keçmədən ikinci dəfə fərqləndik. Üçüncü qolla artıq oyunun taleyi həll olundu.

- İkinci hissədə qolların ardı gəlmədi...

- Bəli, ikinci hissədə elə də parlaq oynamadıq. Ola bilər bir qədər gücümüzü də qoruduq. Lakin əsas odur ki, qələbə hesabını sona kimi saxladıq və mövsümə 3 xalla başladıq.

- İlk rəsmi oyunda qol vurduğunuzu nəzərə alsaq, “Sumqayıt”dakı debütunuzun uğurlu alındığını söyləmək mümkündür?

- Debüt pis alınmadı. Gələn oyunlarda da əlimdən gələni edəcəyəm. Adaptasiya dövründə problem yaşamadım. Komandada atmosfer əladır. Məşqçilər korpusu futbolçular arasında yaxşı münasibət qurub. Oyundan oyuna daha yaxşı olacağıq.

- Növbəti turda “Qarabağ”la qarşılaşacaqsınız. Uğurlu startın ardını gətirmək alınacaq?

- Təbii ki, “Qarabağ” çox güclü komandadır. Bununla belə, onlara qalib gələ bilərik. Əlimizdən gələnin maksimumunu edəcəyik. Qalib gəlsək, bu, həqiqətən də əla başlanğıc olacaq.

- Yenidən Azərbaycan Premyer Liqasındasınız. Təəssüratlarınız necədir?

- Hər şey əladır. Çox şadam. Azərbaycanı sevirəm və yenidən bura qayıtdığım üçün xoşbəxtəm.

- Ötən yay “Səbail”dən ayrılarkən bəzi Azərbaycan klublarının sizinlə maraqlandığı deyilirdi. Necə oldu ki, onlar yox, məhz “Sumqayıt” size razı saldı və qayıdışınız 1 il sonra baş tutdu?

- Açığı, mən o vaxt da burada qalmaq istəyirdim. Azərbaycandan getmək istəmirdim. Lakin alınmadı. “Sumqayıt”dan təklif gələrkən danışığımız oldu. Klubun prezidenti ilə söhbət etdik. Layihəni bəyəndim və bu klubun bir parçası olmaq qərarına gəldim.

- “Səbail”in heyətində çempionatın ikinci bombardiri olmuşdunuz. Budəfəki hədəfiniz nədir?

- Daha yaxşısını etməyə çalışacağam. Maksimum çox qol vurmaq üçün əlimdən gələni edəcəyəm.

İdman.biz

Избранный
34
50
idman.biz

10Источники