Xarkovda çoxmərtəbəli binaya RF Silahlı Qüvvələrinin zərbələri nəticəsində dörd nəfər həlak olub, 18 nəfər xəsarət alıb.aia.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri prokurorluğa istinadən məlumat yayıb.Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sineqübovun məlumatına görə, beş nəfər itkin düşmüş hesab olunur."İlkin məlumata görə, onlar dağıntılar altında ola bilərlər", - deyə o qeyd edib.aia.az