AZ

Bu ölkədə matəm elan edildi

13:48 18.08.2025
13:48 18.08.2025

Rusiya Silahlı Qüvvələrinin Xarkov şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi hücum nəticəsində 5 nəfər həlak olub, 30-dan çox mülki şəxs yaralanıb.

Mynews.az xəbər verir ki, bu barədə şəhərin meri İqor Terexov məlumat yayıb və baş verənlərlə əlaqədar Xarkovda matəm elan edilib.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun açıqlamasına görə, həlak olanlar arasında 2 uşaq da var. Hücum zamanı yaralananlar arasında isə 6 uşaq olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.


Seçilən
56
50
mynews.az

10Mənbələr