RU

Benində avtobus qəzası: 44 nəfər itkin düşdü

Benində avtobus Ueme çayına düşüb. Qəza nəticəsində azı bir nəfər ölüb, 44 nəfər itkin düşüb.

Avtosfer.az xəbər verir ki, bu barədə yerli "Banuto" nəşri məlumat yayıb.

Nəşr Benin hökumətinə istinadən yazır ki, avtobus Lomedən (Toqonun paytaxtı) Niameyə (Nigerin paytaxtı) gedib. Magistral yolda sürücü idarəetməni itirib, avtobus yoldan çıxaraq çaya düşüb.

Avtobusda Malidən gələn sərnişinlərin olduğu bildirilib. Hazırda bir nəfərin öldüyü, 44 nəfərin itkin düşdüyü, 9 nəfərin xilas edildiyi məlumdur.

İçərisində sərnişinlər olan avtobus qismən suyun altında qalıb. Beninin müvafiq xidmət orqanları hadisə yerində axtarış-xilasetmə əməliyyatını davam etdirir.

Избранный
79
27
avtosfer.az

10Источники