AZ

Qatarla toqquşan avtomobil 25 metr hündürlükdən düşdü - 2 nəfər öldü - FOTO

Almaniyanın Bavariya əyalətində qatarın avtomobillə toqquşması nəticəsində iki nəfər ölüb. Avtosfer.az “Bild” qəzetinə istinadla xəbər verir ki, gecə saatlarında İnqolştad şəhərindən gələn qatar dəmir yolu keçidi üzərində “Mercedes” markalı avtomobili vurub. Zərbənin təsirindən avtomobil 25 metr hündürlükdən yamaca düşüb və nəqliyyat vasitəsinin hissələri 100 metr məsafəyə səpələnib.

Qəza nəticəsində avtomobildə olan 23 yaşlı sürücü və sərnişin həlak olublar. Onların hadisə anında öldükləri ehtimal edilir. Qatardakı 15 sərnişin və bələdçi xəsarət almayıb.

İlkin məlumatlara görə, siqnalizasiyanın işə düşməsinə və qırmızı işığın yanmasına baxmayaraq, avtomobil relslərin üzərinə - yaxınlaşmaqda olan qatarın qarşısına çıxıb. Regional qatar əyləci işə saldıqdan təxminən 600 metr sonra dayana bilib.

Qəza ilə bağlı araşdırma aparılır.

Bavariyada

Seçilən
10
50
avtosfer.az

10Mənbələr