ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderlərinin iştirakı ilə Vaşinqtonda keçiriləcək danışıqlardan əvvəl Fransa prezidenti Emmanuel Makron Avropanın müzakirəyə çıxaracağı əsas məsələləri açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.
Makronun sözlərinə görə, ilk növbədə Avropa tərəfi Ukrayna, Avropa və ABŞ-ın məqsədinin bütün ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət edən, davamlı və uzunmüddətli sülhün əldə edilməsi olduğunu vurğulayacaq.
O, həmçinin qeyd edib ki, sülh yalnız bütün əsirlər və uşaqlar geri qaytarıldıqdan sonra mümkündür.
İkinci məsələ kimi Fransa lideri vurğulayıb ki, Ukraynaya dair hər hansı ərazi müzakirələri Ukrayna hakimiyyətinin iştirakı olmadan aparıla bilməz. Eləcə də Avropanın təhlükəsizliyinə dair danışıqlarda müvafiq nümayəndələrin iştirakı zəruridir.
Üçüncü olaraq, Makron bildirib ki, istənilən ərazi məsələsi təhlükəsizlik zəmanətləri ilə əlaqələndirilməlidir.
“Ukrayna ordusunun buraxılmasına və ya ordunun azaldılmasına əsaslanan hər hansı razılaşma səmimi olmayacaq və yerinə yetirilməyəcək”, — deyə o əlavə edib.
Bununla yanaşı, Makron Ukraynanın atəşkəs və ya sülh sazişi çərçivəsində bəzi ərazilərin itirilməsini tanıya biləcəyini istisna etməyib:
“Ölkə sülh müqaviləsi və ya atəşkəs çərçivəsində ərazilərin hərbi yolla itirildiyini qəbul edə bilər. Bu, həmin ərazilərin başqa dövlətin suverenliyinə məxsus olması demək deyil”.
Xatırladaq ki, ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff daha əvvəl görüşün əsas mövzusunun “ərazilərin mübadiləsi məsələsi” olacağını bəyan etmişdi. Zelenski isə 17 avqustda ərazi güzəştlərini Konstitusiyaya istinadən rədd etmiş, lakin bu məsələnin yalnız Ukrayna və Rusiya liderləri ilə ABŞ-ın iştirakı ilə üçtərəfli görüşdə müzakirə oluna biləcəyini vurğulamışdı.
Məlumata görə, Vaşinqtonda keçiriləcək danışıqlarda əvvəlcə Donald Tramp Zelenski ilə təkbətək görüşəcək, daha sonra Ukrayna prezidentini müşayiət edən Avropa liderləri də müzakirələrə qoşulacaqlar.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта