RU

Qazaxıstanda yüngülmotorlu təyyarə qəzaya uğrayıb: İki nəfər həlak olub

Astana, 18 avqust, AZƏRTAC

Qazaxıstanın Akmola vilayətində xüsusi uçuş edən “Aerostar R40F UP-LA229” markalı yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

AZƏRTAC Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, qəza nəticəsində iki nəfər - pilot və sərnişin həlak olub.

Hadisənin səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Избранный
19
7
azertag.az

10Источники