RU

İsrail ordusu Qəzzada HƏMAS a qarşı yeni əməliyyat elan etdi KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İsrail Müdafiə Ordusunun Baş Qərargahı Qəzza sektorunda Fələstin hərəkatı HƏMAS-a qarşı əməliyyatların yeni mərhələsinə keçildiyini açıqlayıb. Rəsmi məlumatda bildirilir ki, bundan sonra da hərəkatın mövqelərinə hava və artilleriya zərbələri endiriləcək.

KONKRET.az xəbər verir ki, Baş Qərargah rəisi Eyəl Zamir əməliyyatın gedişi ilə bağlı çıxışında qeyd edib ki, “Gideonun arabası” əməliyyatı artıq öz strateji məqsədlərinə nail olub. Onun sözlərinə görə, HƏMAS əvvəlki hərbi potensialını itirib və artıq əvvəlki kimi güclü imkanlara malik deyil.

Zamir əlavə edib ki, əməliyyatın əsas məqsədi İsrailin təhlükəsizliyini təmin etmək və HƏMAS-ın hücum qabiliyyətini minimuma endirməkdir. O, təşkilatın raket ehtiyatlarına, tunellərinə və hərbi infrastrukturuna ciddi zərbələrin vurulduğunu bildirib.

Bununla yanaşı, İsrail ordusu əməliyyatın növbəti mərhələsinin detallarını açıqlamayıb. Yerli mətbuat isə bildirir ki, yaxın günlərdə həm Qəzza sektorunda quru əməliyyatlarının intensivləşməsi, həm də hədəflərə qarşı aviazərbələrin artması mümkündür.

Xatırladaq ki, “Gideonun arabası” əməliyyatı bir neçə həftə əvvəl başlanıb və əsasən HƏMAS-ın silahlı qanadının mövqelərini hədəf alıb. İsrail tərəfi iddia edir ki, bu prosesdə HƏMAS-ın komandir heyətinə, silah anbarlarına və hərbi texnika istehsal obyektlərinə ciddi ziyan vurulub.

Natiq Səlim,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
17
50
konkret.az

10Источники