ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
İsrail Baş Qərargah rəisi Eyal Zamir avqustun 17-də ordu rəsmiləri ilə geniş iclas keçirərək Qəzza şəhərinin işğal planını təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, plan yalnız sakinlərin təxliyəsini deyil, həm də şəhərin tam mühasirəyə alınmasını və hərbi nəzarətin qurulmasını nəzərdə tutur.
Məlumata görə, İsrail ordusu bir neçə həftə ərzində Qəzza şəhərinin mərkəzinə quru hücumuna başlamağı planlaşdırır. Bu əməliyyat çərçivəsində təxminən bir milyon fələstinlinin cənuba köçürülməsi gözlənilir.
Hesabatlarda həmçinin qeyd olunur ki, İsrail ordusu bundan sonra Qəzza zolağının cənubunda hazırda nəzarət etdiyi bəzi ərazilərdən geri çəkilərək onları məcburi köçkünlər üçün yeni humanitar zonaya çevirəcək.
Qeyd edək ki, avqustun 8-də İsrail Təhlükəsizlik Kabineti Qəzza şəhərinin işğal planını təsdiqləyib. Baş nazir Benyamin Netanyahu isə çıxışında açıq şəkildə bildirib ki, məqsəd yalnız Qəzza şəhəri deyil, bütün Qəzza zolağının işğalıdır.
İsrail İctimai Yayım Korporasiyası (KAN) və digər media qurumları yazır ki, əməliyyat sürətləndirilsə də, Qəzzanın qalan hissəsinin işğalına dair addımların sentyabr ayından əvvəl həyata keçirilməsi gözlənilmir.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.