AZ

Netanyahu: HƏMAS darmadağın edilməzsə,...

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

"Qəzzada HƏMAS hərəkatı darmadağın olunmadan atəşkəsin elan edilməsi Fələstin ərazisində “sonsuz müharibə”yə gətirib çıxaracaq".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu hökumətin həftəlik iclasında bildirib.

O qeyd edib ki, bu gün HƏMAS-ın darmadağın edilməməsi şərti ilə müharibənin dayandırılmasını çağıranlar yalnız HƏMAS-ın mövqeyini gücləndirir, girovların azad olunmasını gecikdirir və 7 oktyabr 2023-cü ildə baş vermiş vəhşiliklərin təkrarlanmasını təmin edirlər.

“Biz yalnız HƏMAS-ın silahsızlaşdırılmasını tələb etmirik, həm də İsrailin uzun müddətli perspektivdə ərazidə demilitarizasiyanı təmin etməsini, istənilən silahlanma cəhdlərinə və hər hansı terror qrupunun yenidən təşkilinə qarşı daimi tədbirlər görməsini tələb edirik”, – Baş nazir bildirib.

Onun sözlərinə görə, HƏMAS İsraildən bütün Qəzza zolağını – şimal və cənub ərazilərini, Filadelfiya koridorunu və İsrail əhalisini qoruyan təhlükəsizlik zonalarını tərk etməsini tələb edir. Netanyahu qeyd edib ki, beləliklə HƏMAS yenidən qruplaşacaq, silahlanacaq və İsrailə hücum edəcək.

Baş nazir vurğulayıb ki, girovların azad olunmasını sürətləndirmək və Qəzzanın İsrail üçün təhlükə yaratmamasını təmin etmək üçün başlanmış iş başa çatdırılmalı, HƏMAS darmadağın edilməlidir. İsrail kabineti artıq müvafiq qərarı qəbul edib və hökumət bu qərarı həyata keçirməyə qətiyyətlidir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
50
bakivaxti.az

10Mənbələr