RU

Finlandiya Prezidenti “İstəklilər koalisiyası”nın iclasında iştirakını təsdiqləyib

Finlandiya Prezidenti Aleksander Stubb 17 avqust tarixində “İstəklilər koalisiyası” ölkələrinin toplantısında iştirak edəcəyini təsdiqləyib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Finlandiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Prezident Aleksander Stubb Ukraynanı dəstəkləyən ölkələr koalisiyasının liderlərinin bazar günü keçiriləcək görüşündə iştirak edəcək”, – bəyanatda deyilir.

Görüş Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və Böyük Britaniya Baş Naziri Kir Starmerin sədrliyi ilə keçiriləcək.

Toplantı videoformatda baş tutacaq.

Избранный
50
5
nocomment.az

10Источники