AZ

Kuryoz hadisə: Putinin təyyarəsinə yanacaq vurmaq üçün...

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sanksiyalar bütövlükdə Rusiyaya çox güclü təsir göstərir. Məsələn, Alyaska sammiti zamanı ruslar prezident Vladimir Putinin təyyarəsinə yanacaq vurmaq üçün nağd pulla ödəniş etməli olublar, bank kartları işləmirdi.

Axar.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio deyib.

Rubio bildirib ki, Donald Tramp ABŞ prezidenti vəzifəsinə başlayanda qüvvədə olan bütün sanksiyalar toxunulmaz qalıb.

"Ruslar Alyaskaya enəndə təyyarəyə yanacaq doldurmaq lazım gəldi. Onlar bizim bank sistemimizdən istifadə edə bilmədiklərinə görə təyyarələrinə yanacaq doldurmaq üçün nağd pul ödəməyi təklif etməli oldular. Hər gün bunun (sanksiya - red.) nəticələri ilə üzləşirlər", - Rubio qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
50
axar.az

10Mənbələr