Finlandiya Prezidenti Aleksander Stubb 17 avqust tarixində “İstəklilər koalisiyası” ölkələrinin toplantısında iştirak edəcəyini təsdiqləyib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Finlandiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Prezident Aleksander Stubb Ukraynanı dəstəkləyən ölkələr koalisiyasının liderlərinin bazar günü keçiriləcək görüşündə iştirak edəcək”, – bəyanatda deyilir.
Görüş Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və Böyük Britaniya Baş Naziri Kir Starmerin sədrliyi ilə keçiriləcək.
Toplantı videoformatda baş tutacaq.