RU

“Neftçi”dən ardıcıl 3-cü uğursuz start və antirekord

Ötən gün doğma meydanda “Şamaxı” ilə qarşılaşmış “Neftçi” ardıcıl 3-cü mövsümdür Azərbaycan Premyer Liqasına qələbəsiz başlayır.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

“Ağ-qaralar” Premyer Liqanın 2025/2026-cı illər mövsümünün ilk turunda “Şamaxı” ilə heç-heçə ediblər – 1:1. Bakı klubu 2023/2024-cü illər mövsümünə səfərdə “Kəpəz”ə 0:1 hesablı məğlubiyyətlə start vermişdi. Paytaxt təmsilçisi ötən çempionatda da evdə “Turan Tovuz”la start matçında qələbə qazana bilməmişdi – 0:0.

Ardıcıl üç çempionatın ilk oyununda qalib gəlməmək “Neftçi”nin Azərbaycan çempionatlarındakı yeni antirekordudur. Paytaxt təmsilçisi bunadək bir dəfə – 2007/2008 və 2008/2009-cu illər mövsümlərində ardıcıl startda xal itirmişdi.

Qeyd edək ki, paytaxt klubu 34 mövsümdən 21-nin ilk oyununda qələbəyə sevinib.

Избранный
57
46
arena.az

10Источники