RU

IV Yaylaq Festivalından FOTOLAR


Yaşıl dağların əhatəsində təşkil olunan festivalın iştirakçıları elat həyat tərzi ilə yaxından tanış olublar. Yaylaq yurdu, çobanların gündəlik məişəti, qədim sənət nümunələri və milli musiqi nömrələri tamaşaçılara təqdim edilib. Çadırlardan gələn saz havaları, gənclərin milli rəqsləri bayram ovqatını daha da artırıb.


Yaylaq mətbəxinə aid müxtəlif təamlar ziyarətçilərin xüsusi marağına səbəb olub.


Festival çərçivəsində həm də idman yarışları – milli atüstü oyunlar, kəndir dartma, oxatma kimi qədim xalq oyunları nümayiş etdirilib. Bu yarışlar həm əyləncə, həm də milli ənənələrin gələcək nəsillərə çatdırılması baxımından mühüm rol oynayıb.


IV Milli Yaylaq Festivalı yerli və xarici turistlərin diqqətini cəlb edib. Xarici qonaqlar Azərbaycan yaylaq həyatını yaxından görmək imkanı qazanıblar və bu təcrübəni öz ölkələrində paylaşacaqlarını vurğulayıblar.


Festivalın sonunda qonaqların iştirakı ilə böyük konsert proqramı keçirilib. Milli musiqi nömrələri, rəqslər və el sənətkarlarının çıxışları tədbirə bayram ab-havası bəxş edib.



Избранный
53
6
azvision.az

10Источники