RU

Alyaska görüşü: zati aliləri Putin ə bu hədiyyə verilib...

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avqustun 16-da yerli vaxtla səhər saat 9 radələrində Ankoricdəki “Kapitan Kuk” otelində qonaqlar ABŞ Dövlət Departamentinin səkkiz səhifəlik sənədini ictimai printerdə aşkar ediblər. Səhifələr Monika Kroulinin rəhbərlik etdiyi Protokol Xidməti tərəfindən hazırlanmış kimi etiketlənib.

Axar.az xəbər verir ki, bu barədə NPR məlumat yayıb.

“Sənədlərdə sammitin təfərrüatı yer alıb: görüşlərin dəqiq yerləri və vaxtları, əməkdaşların əlaqə nömrələri və “zati-aliləri Vladimir Putinin şərəfinə” rəsmi naharın təsviri. Materiallarda ağ başlı qartalın təsviri olan stolüstü heykəlcikdən ibarət hədiyyədən bəhs edilirdi”, - məlumatda qeyd olunub.

Bundan başqa, sənədlərdə masada kimin harada oturması da göstərilib. Trampın bir tərəfində dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və aparat rəhbəri Syuzi Uaylz, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və xüsusi elçi Stiv Uitkoff. Putinin yanında xarici işlər naziri Sergey Lavrov və xarici siyasət müşaviri Yuri Uşakov olub.

Liderlərin nahar menyusunda şampan vineqreti ilə yaşıl salat, brendi bibər sousu ilə file-minyon, kartof püresi və qulançar və desert üçün krem-brüle var idi.

Mətbuat yazıb ki, bu hadisə Tramp administrasiyası daxilində təhlükəsizlik tədbirləri ilə bağlı narahatlığı artırıb.

Qeyd edək ki, avqustun 15-də Ankoricdə Donald Trampla Vladimir Putin arasında görüş keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
89
46
axar.az

10Источники