AZ

Ukraynadakı münaqişənin həllinə cavabdeh şəxslərin adları açıqlandı..?

...Və bu arada Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev vurğulayıb ki, Alyaskada keçirilən görüşün yekunlarına görə, hərbi əməliyyatlara son qoyulması üzrə danışıqlarda nəticələrin əldə edilməsi məsuliyyəti Kiyevə və Avropa ölkələrinə həvalə edilib.

SİA xəbər verir ki, bu barədə o, Telegram kanalında məlumat verib.

...Əsas odur ki, hər iki tərəf Kiyev və Avropaya qarşı hərbi əməliyyatların dayandırılması üzrə danışıqlarda gələcək nəticələrin əldə edilməsi üçün birbaşa məsuliyyəti öz üzərinə götürdü...

Deməli,.. Medvedev Alyaskada keçirilən sammitə yekun vurub.

Təkrara ehtiyac olmasa da,.. Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında danışıqlar Ankoricdəki Elmendorf-Riçardson hərbi bazasında baş tutub. Dar formatda keçirilən görüş iki saat 45 dəqiqə davam edib və “üç-üç” formatında keçirilib.

Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov, Amerika tərəfdən dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff iştirak ediblər.

Əli Babayev

Seçilən
119
36
sia.az

10Mənbələr