ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Rusiya və ABŞ Prezidentlərinin görüşünün nəticəsini Qərb ölkələrinin simvolik təhqiri kimi qiymətləndirə bilərik”.
Globalinfo.az xəbər verir ki, bunu İtaliyanın sabiq baş naziri Paolo Centiloni “Stampa” qəzetinə müsahibəsində deyib.
“Ola bilər ki, biz pessimistik yanaşırıq, lakin bu danışıqlar Qərb üçün simvolik bir alçaldılma ilə nəticələndi. Beynəlxalq siyasətdə simvolların böyük əhəmiyyəti var,” – o bildirib.
Centiloninin sözlərinə görə, bu görüşdə qalib tərəf Rusiya prezidenti olub. O bu qənaətə Trampın Putin üçün təşkil etdiyi qəbulun səviyyəsinə əsasən gəldiyini deyib.
“Prezident üçün təşkil olunmuş ehtiramı, limuzini, qırmızı xalı ilə qarşılanmanı başqa necə adlandıra bilərəm?!” – sabiq baş nazir əlavə edib.
Safura Bənnayeva
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.