ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əmir Həyat Moqəddəm ABŞ-a qarşı hərbi imkanlarla bağlı sərt bəyanat verib.
Globalinfo.az xəbər verir ki, deputat “İran Müşahidəsi” nəşrinə açıqlamasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) artıq 20 ildir ABŞ-yə dənizdən hücum imkanlarını inkişaf etdirditini bildirib.
“Biz ABŞ-yə dənizdən hücum edə bilərik. SEPAH 20 ildir bu məsələ üzərində işləyir və artıq belə bir texnologiyanı hazırlamışıq”.
Moqəddəm əlavə edib ki, İranın uzaqmənzilli raket imkanları ABŞ şəhərlərini də hədəfə ala bilər:
“Birləşmiş Ştatlar bizdən təxminən 10 min kilometr uzaqdadır, lakin biz gəmilərimizi bu ölkədən 2 min kilometr məsafəyə qədər çatdıra bilərik və oradan Vaşinqton, Nyu-York və digər şəhərləri raketlərlə hədəfə ala bilərik”.
Qeyd edək ki, son aylarda Tehran rəsmilərinin ABŞ-la bağlı ritorikasında sərt bəyanatlar daha da artıb və iki ölkə arasında gərginlik davam edir.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.