RU

"Neftçi"yə qol vuran forvard: "Bu komanda ilə səfərdə heç-heçə oynamaq yaxşıdır"

"Şamaxı"nın hücumçusu Kərim Rossi Sportal.az saytına açıqlama verib. 

İsveçrəli hücumçu Misli Premyer Liqasının 1-ci turunda “Neftçi”(1:1) ilə görüşdəki bərabərliyi şərh edib. 

"Bir xal üçün xoşbəxtik. "Neftçi"  kimi komanda ilə səfərdə oynamaq çətindir. Hesabda önə keçmişdik, ikinci qolu da vura bilərdik. Amma alınmadı. Sona yaxın qol buraxdıq. İkinci hissədə "Neftçi" ikinci qolu vuraraq, qalib gələ bilərdi. Şamaxıya bir xalla qayıtmaq yaxşıdır. Əsas məqsədimiz ötən mövsümkündən daha yaxşı komanda qurmaq, böyümək və daha yaxşı yerlərə gəlməkdir. Birinci turda səfərdə "Neftçi" ilə heç-heçə oynamaq yaxşıdır".

“Ağ-qaralar”la matçda cərimə zərbəsini dəqiq yerinə yetirməklə komandasının yeganə qolunu vurması barədə də isə bunları deyib:

"Neftçi"yə cərimə zəribəsindən qol vurmağım...Bu, bir az gülməli hadisədir. Həftəboyu Andrey Tırkoveanu ilə məşqdə cərimə zərbələrindən cəhdlər edirdik, qapını yoxlayırdıq. Amma heç vaxt bu qədər yaxın məsafədən yoxlamamışdıq. Xoşbəxtəm ki, qol vurdum. Azərbaycanda ilk oyunda qol vurmağım yaxşı göstəricidir. Bəli, ikinci qolu da vura bilərdim. Bir-iki qol epizodum var idi. Zamanla daha yaxşı olacaq".

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Избранный
83
50
sportal.az

10Источники