RU

Milli Avstriyaya uduzdu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində Avstriyaya məğlub olub.

Sportinfo.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv Bakıda rəqibinə müqavimət göstərə bilməyib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən görüşdə qonaqlar inamlı qələbə qazanıblar - 3:0 (25:13, 25:12, 25:18).

Azərbaycan yığması daha əvvəl iki oyunda Belçikaya və bir matçda Avstriyaya 0:3 hesabı ilə uduzub.

Избранный
51
14
sportinfo.az

10Источники