RU

Bu görüş Putinə çox şey verdi: qırmızı xalçada qarşılanma, səhnə...

Yenisabah saytından alınan məlumata görə, ain.az bildirir.

Alyaskada ABŞ və Rusiya liderlərinin görüşünün ardınca Ukrayna Prezidenti Zelenski Vaşinqtona gedir.

Zelenskinin avqustun 18-də ABŞ Prezidenti ilə Trump-ın Putinlə görüşünü müzakirə edəcəyi gözlənir.

Cümə günü rusiyalı həmkarı Putinlə Alyaskada görüşmüş ABŞ Prezidenti Donald Trump deyib ki, danışıqlarda "böyük irəliləyiş"ə baxmayaraq, heç bir razılaşma əldə olunmayıb. Toyuqlu pizza

Trump-ın Putinlə görüşməkdə məqsədi Ukraynadakı müharibəyə son vermək idi.

Alyaskada Putinlə, demək olar ki, üç saatlıq görüşdən sonra mətbuata açıqlamasında Trump "Biz ora çata bilmədik" deyib.

O bildirib ki, hələ də fikir ayrılıqları var və "razılaşma olana qədər heç bir razılaşma yoxdur".

Trump "bir çox məqamların razılaşdırıldığını", "azının qaldığını" deyib, amma detallar açıqlamayıb.

O, tezliklə Zelenskiyə və Avropa liderlərinə zəng edəcəyini deyib və əlavə edib ki, bu, "son nəticədə onlardan asılıdır".

Putin münaqişəyə son qoymaqda "səmimi" olduğunu deyib, lakin təfərrüata varmayıb.

O deyib ki, Trump Rusiyanın "öz maraqları olduğunu anlayır".

Prezidentlər jurnalistlərin suallarını cavablandırmayıblar.

Alyaskaya uçarkən jurnalistlərin suallarını cavablandıran Trump prioritetinin müharibəni bitirmək olduğunu və bundan əvvəl iş müzakirəsi aparmayacaqlarını demişdi. O bildirmişdi ki, razılıq əldə olunmasa, Putini ağır iqtisadi sanksiyalar gözləyəcək.

"Putin bu görüşdən çox şey qazandı və heç bir nəzərəçarpan güzəştə getmədi"

Alyaskada keçirilən bu görüşdə, Prezident Trumpın ümid etdiyi şey - Rusiya tərəfdən atəşkəs əldə edilmədi. Bu görüş Prezident Putinə çox şey verdi: qırmızı xalçada qarşılanma, geo-siyasi diqqət mərkəzində olan bir gün və dünyanın ən güclü ölkəsinin lideri ilə bir səhnəni bölüşmək şansı.

Beləliklə, Moskva üçün bir çox müsbət cəhətlərlə yanaşı ortada bu da var: Moskva Ukraynadakı müharibə ilə bağlı heç bir nəzərəçarpan kompromis və ya güzəştə getməyib. Son həftələr Prezident Trump Ukraynada atəşi dayandırmaq istəmədiyinə görə Rusiyanı daha sərt yanaşma ilə hədələyirdi.

İndiyə qədər Ağ Ev təhdidini yerinə yetirməyib. İyulun sonunda Donald Trump Vladimir Putinə ultimatum qoymuşdu: Ukraynada müharibəni 10 gün ərzində dayandırın, əks halda daha çox sanksiyalarla üzləşin.

Kreml lideri mübarizəni dayandırmadı. Sanksiya əvəzinə o, Donald Trumpdan sammitə dəvət alıb.

BBC Azərbaycan

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
33
50
yenisabah.az

10Источники