RU

Şəkidə yol qəzası baş verib, ölən var - YENİLƏNİB

Avqustun 17-də saat 01 radələrində Şəki-Qax avtomobil yolunun 24-cü kilometrliyində “VAZ-21723” markalı minik avtomobili ilə evakuator toqquşub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın yerli bürosuna bildirilib ki, hadisə nəticəsində “VAZ”ın sürücüsü, 44 yaşlı Natiq Calalov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

***

08:03

Şəkidə yol qəzası baş verib, ölən var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saat 01 radələrində Şəki-qax avtomobil yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.

lkin məlumata görə, qəza zamanı Şəki rayon sakini 1981-ci il təvəllüdlü Natiq Qədər oğlu Cəlalov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Meyit Müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
9
50
apa.az

10Источники