RU

KİV: Zelenski sülh müqabilində Donbası Rusiyaya verməkdənİMTİNA EDİB

Ukrayna Prezidenti Volodimir Zelenski sülh razılaşması müqabilində bütün Donbası Rusiyaya verməkdən imtina edib.

 

Senzor.az bildirir ki, bu barədə "Reuters" ABŞ lideri Donald Tramp və Zelenski arasında Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada görüşdən sonra dünənki söhbətə istinadən yazıb.

 

"Rusiya lideri (Trampla dünənki danışıqlarda - red.) Kiyev qoşunlarının bütün Donetsk vilayətini verəcəyi təqdirdə cəbhə xəttinin əksər hissəsinin dondurulmasını təklif edib. Zelenski bu tələbi rədd edib", - agentlik mənbəyə istinadən vurğulayıb.

 

"The New York Times" (NYT) isə öz mənbələrinə istinadən yazıb ki, ABŞ Prezidenti Donald Tramp Avropa liderlərini avqustun 18-də Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlara qoşulmağa dəvət edib.

 

Görüşdə Donbasın Rusiya ərazisi kimi tanınması təklifinin müzakirə olunacağı bildirilir. Bu nəşrin mənbələrinin məlumatına görə də, bu variantın Alyaskada atəşkəs müqabilində Rusiya Prezidenti Vladimir Putin tərəfindən təqdim edildiyi iddia edilir. Rusiya rəsmiləri hələlik məlumatı təsdiqləməyiblər.

 

NYT onu da qeyd edib ki, Zelenski və Avropa liderləri qəti şəkildə ərazi güzəştlərinin əleyhinədirlər. Ukrayna rəsmiləri bildiriblər ki, ərazilərin verilməsini nəzərdə tutan istənilən razılaşma Ukrayna konstitusiyasını pozur və qəbul edilə bilməz.

Избранный
122
50
senzor.az

10Источники