AZ

15 avqust Tramp-Putin görüşündən yaddaşlarda yalnız bunlar qalacaq…


"Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Tramp-Putin görüşü ilə bağlı maraqlı paylaşım edib.

Paylaşımda deyilir:

Trampla Putinin 15 avqust görüşündən yaddaşlarda olsa-olsa bunlar qalacaq :

1. Alyaskada görüşdülər. ABŞ buranı 1867-ci ildə su qiymətinə rus çarından satın alıb. O pul da çara yox, ortada vasitəçilik edən fırıldaqçılara qismət olub. Rus dövləti bu torpaq üçün hələ də yanır... Bəlkə də Tramp bu yanğını şiddətləndirmək üçün Putini Alyaskaya gətirdi...

2. Putin və qrupu Alyaskadan acqarına yola salındılar, onlara öncədən nəzərdə tutulmuş nahar yeməyi verilmədi…

3. Lavrov uşaqlar kimi üstündə "SSSR" yazılmış mayka ilə gəlmişdi. O hətta "Çar Nikolay" maykası ilə gəlsəydi də, bunun bir anlamı, ya dərin rəmzi mənası olmazdı. Lavrov nə böyük fiqurdur ki... Sadəcə icraçıdır... Qoca kişidi, bəlkə heç nə geyindiyinin fərqində də olmayıb.

Tahir TAĞIYEV

Seçilən
77
50
baki-xeber.com

10Mənbələr