RU

Serbiyada etirazçılar hakim partiyanın ofisini yandırdılar

BAKI, 17 avqust. TELEQRAF

Avqustun 17-nə keçən gecə Serbiyanın bir sıra şəhərlərində polisə hücumlar və binaların yandırılması ilə müşayiət olunan kütləvi iğtişaşlar baş verib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İvitsa Daçiç bildirib.

Onun sözlərinə görə, ən ciddi vəziyyət Valevo şəhərində qeydə alınıb. Bu şəhərdə təxminən dörd min nəfər küçələrə çıxıb. Etirazçılar hakim Serbiya Tərəqqi Partiyasının ofisini dağıdıb və yandırıblar.

"Xoşbəxtlikdən, ofisdə heç kim olmayıb", - Daçiç deyib.

Həmçinin etiraz aksiyasının iştirakçıları şəhər administrasiyasına pirotexnikniki vasitələr atıb, məhkəmə və prokurorluq binalarına ziyan vurublar. Valevoda baş verən toqquşmalar nəticəsində bir polis əməkdaşı xəsarət alıb. Ümumilikdə iğtişaşlarda iştirak edən 18 nəfər saxlanılıb.

Избранный
54
22
teleqraf.com

10Источники