AZ

Serbiyada baş verən iğtişaşlarda 27 polis və 80-dən çox vətəndaş yaralanıb

Belqrad, 14 avqust, AZƏRTAC

Serbiyanın müxtəlif şəhərlərində ötən gecə baş verən iğtişaşlar zamanı 27 polis əməkdaşı və 80-dən çox vətəndaş xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İvitsa Daçiç bildirib.

Nazir polislərdən bəzilərinin yaralarının ciddi olduğunu, 5 polis maşınına və 22 digər texnikaya zərər dəydiyini diqqətə çatdırıb. O, iğtişaşlarda iştirak edən 47 nəfər barəsində cinayət ittihamının irəli sürüldüyünü və 5 cinayət işinin açıldığını deyib.

Hərbi Təhlükəsizlik Agentliyinin direktoru Duro Yovaniç isə vurğulayıb ki, Serbiya Ordusunun hərbçiləri gecə Novi Sadda hücuma məruz qalıb, hadisə nəticəsində 7 hərbçi yaralanıb.

Serbiyanın Baş naziri Duro Macut bildirib ki, zorakılıq demokratik ölkənin siması olmamalıdır. O, hər cür zorakılıq və qeyri-demokratik davranışı pisləyib, bütün siyasi aktorları və vətəndaşları gərginliyi azaltmağa çağırıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Seçilən
60
37
azertag.az

10Mənbələr