Türkiyənin xarici işlər naziri Hakan Fidanla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, tərəflər Rusiya və Ukrayna arasında davam edən müharibənin bitməsi üçün görülən işləri, həmçinin ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin Alyaskada baş tutan görüşün nəticələrini müzakirə ediblər.