RU

ABŞ Hindistanla ticarət razılaşmasını ləğv etdi 

ABŞ-nin danışıqlar qrupunun 25-29 avqustda baş tutması planlaşdırılan ticarət sazişini müzakirə etmək üçün Hindistana nəzərdə tutulan səfəri ləğv edilib.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə NDTV mənbələrə istinadən məlumat yayıb.

Bu müzakirələr raundu ölkələr üçün altıncı olmalı idi. Telekanalın məlumatına görə, danışıqlar Hindistan mallarının ABŞ-yə idxalına rüsumların artırılmasından sonra ölkələr arasında iqtisadi münasibətlərdə gərginliyin artması fonunda təxirə salınıb. NDTV qeyd edir ki, danışıqların ləğv edilən tarixi yeni məhdudiyyətlərin qüvvəyə minəcəyi avqustun 27-ə təsadüf edib.

Xatırladaq ki, avqustun 6-da ABŞ Prezidenti Donald Tramp Hindistan mallarına əlavə 25 faizlik gömrük rüsumunun tətbiqi haqqında sərəncam imzalayıb. Mövcud məhdudiyyətləri nəzərə alaraq, Hindistandan idxala tariflər 50 %-ə çatıb. Ağ Ev rəhbəri qərarını Hindistanın Rusiyadan neft alması və bununla da iqtisadiyyatını dəstəkləməsi ilə əsaslandırıb.

Избранный
74
30
manset.az

10Источники