RU

Çelsi Bayerin müdafiəçisini transfer etmək istəyir

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Bayer"in müdafiəçisi Pyero İnkapye karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Bakıvaxtı.az xəbər verir ki, "Çelsi" ekvadorlu futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb

London klubu İnkapyeni dizindən zədə alan Levi Kolvillin əvəzinə düşünür. "Çelsi" 23 yaşlı mərkəz müdafiəçisi üçün 60 milyon avroluq təklif göndərəcək.

Qeyd edək ki, "Bayer" Pyero İnkapyeni 2021-ci ilin yayında Argentinanın "Talyeres" klubundan transfer edib. Ekvador millisinin üzvü ötən mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
63
24
bakivaxti.az

10Источники