AZ

100 milyon avro qazanacaqlar - Braziliyalını sata bilsələr

“Real”ın hücumçusu Rodriqo yaxın həftələrdə İngiltərə Premyer Liqasına yola düşə bilər.

90deqiqe.Az-ın "Defensa Central"a istinadən məlumatına görə, braziliyalının xidmətində bir neçə top klubla, o cümlədən “Mançester Siti” maraqlıdır. "Şəhərlilər" futbolçu ilə razılıq əldə etdikdən sonra onun transferi üçün apardığı danışıqlarda irəliləyiş əldə edib və yaxın günlərdə futbolçunun rəsmi olaraq keçidi ilə bağlı açıqlama veriləcəyi gözlənilir.

 “Real” isə Rodriqonun transferindən 100 milyon avro qazanmağı planlaşdırır. Bu vəsaitlə “kral klubu” iki futbolçunun transferini – “Liverpul”un müdafiəçisi İbrahima Konate və “Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uorton – reallaşdırmaq niyyətindədir.

Rodriqo “Real”ın heyətində 270 rəsmi oyuna çıxıb, 68 qol vurub və 51 məhsuldar ötürmə edib.

Seçilən
16
23
90deqiqe.az

10Mənbələr