AZ

"Çelsi" "Bayer"in müdafiəçisini transfer etmək istəyir

Bakı. Trend:

"Bayer"in müdafiəçisi Pyero İnkapye karyerasını İngiltərəPremyer Liqasında davam etdirə bilər.

Trend xəbər verir ki, "Çelsi"ekvadorlu futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərəmətbuatı məlumat yayıb

London klubu İnkapyeni dizindən zədə alan Levi Kolvillin əvəzinədüşünür. "Çelsi" 23 yaşlı mərkəz müdafiəçisi üçün 60 milyon avroluqtəklif göndərəcək.

Qeyd edək ki, "Bayer" Pyero İnkapyeni 2021-ci ilin yayındaArgentinanın "Talyeres" klubundan transfer edib. Ekvador millisininüzvü ötən mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı45 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
33
30
az.trend.az

10Mənbələr