RU

Ederson heyətdən kənarda qaldı

"Mançester Siti"nin qapıçısı Ederson İngiltərə Premyer Liqasının ilk turunda "Vulverhempton"a qarşı matçın iştirak ərizəsinə daxil edilməyib.

90deqiqe.Az xəbər verir ki, "şəhərlilər"in qapısını ilk dəqiqələrdən Ceyms Trafford qoruyur, ehtiyatda isə Ştefan Ortega yer alıb.

Edersonun yoxluğu onun yaxın günlərdə transferi ilə əlaqələndirilir. Mətbuat məlumatına görə, braziliyalı qolkiper karyerasını "Qalatasaray"da davam etdirəcək. Eyni zamanda "Mançester Siti"nin yaxın zamanda Canluici Donnarummanı heyətinə qatmaq ehtimalı da gündəmdədir.

Избранный
35
5
90deqiqe.az

10Источники