ain.az, Sia Az portalına istinadən məlumat verir.
İngiltərə Premyer Liqasının 2025/26 mövsümünün açılış matçı olan “Liverpul” – “Bornmut” görüşü “Enfild” stadionunda ilk hissədə tribundan səslənən irqçi təhqirlər səbəbindən dayandırılıb. SİA-nın verdiyi məlumata görə, qonaqların hücumçusu Antuan Semenyo irqi ayrı-seçkiliyə məruz qaldığını bildirərək hakima şikayət edib. Baş hakim Entoni Teylor 28-ci dəqiqədə oyunu dayandırıb, baş məşqçilərə və komandaların kapitanlarına hadisə barədə məlumat verib.
Premyer Liqa matç mərkəzinin açıqlamasında bildirilib: “Bu gün “Liverpul” – “Bornmut” oyunu, “Bornmut” futbolçusu Antuan Semenyoya azarkeşlər tərəfindən yönələn diskriminasiyaya dair məlumatdan sonra ilk hissədə müvəqqəti olaraq dayandırıldı. Bu, Premyer Liqanın meydanda diskriminasiyaya qarşı mübarizə protokoluna uyğundur. Hadisə diqqətlə araşdırılacaq. Biz oyunçuya və hər iki kluba tam dəstəyimizi ifadə edirik. Futbolumuzda və ümumiyyətlə cəmiyyətdə irqçiliyə yer yoxdur. Stadionlarımızın hər kəs üçün inklüziv və qonaqpərvər mühit olaraq qalması üçün bütün tərəflərlə əməkdaşlığı davam etdirəcəyik”.
Görüş “Liverpul”un 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Semenyo ikinci hissədə iki qol vurub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.