AZ

Premyer Liqanın açılış oyununda irqçilik qalmaqalı! İstintaq başladı

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərə Premyer Liqasının mövsüm açılışında keçirilən "Liverpul" - "Bornmut" matçında qonaq komandanın 25 yaşlı qanalı futbolçusu Antuan Semenyo, "Liverpul"u dəstəkləyən azarkeşin irqçi sözlərinə məruz qalıb. İrqçi hücumu edən 47 yaşlı şəxs "Enfild" stadionundan çıxarılıb və barəsində istintaq başladılıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, qarşılaşmanın 29-cu dəqiqəsində "Bornmut"un sağ cinah oyunçusu Semenyoya bir "Liverpul" azarkeşi tərəfindən irqçi ifadələr səsləndirilib. Buna görə hakim Antoni Teylor oyunu bir müddət dayandırıb.

Semenyo sosial media platformasında etdiyi paylaşımda, ona dəstək verən hər kəsə təşəkkürünü bildirib:

"Enfildəki həmin gecə bir şəxsin sözləri ilə deyil, bütün futbol ailəsinin bir arada dayanması ilə yaddaşımda həmişəlik qalacaq. Məni dəstəkləyən komanda yoldaşlarıma, əsl xarakterlərini göstərən 'Liverpul' oyunçularına və azarkeşlərinə, peşəkar davranan Premyer Liqa rəsmilərinə təşəkkür edirəm."

"Liverpul"un 4-2 qalib gəldiyi oyunda komandasının iki qoluna imza atan qanalı futbolçu əlavə edib:"Futbol ən önəmli anlarda ən yaxşı tərəfini göstərir. O iki qolu vurmaq - meydanda həqiqətən vacib olan tək dili danışmaq idi. Mən bu oyun üçün oynayıram - belə anlar üçün, komanda yoldaşlarım üçün, bu gözəl oyunun nəyə çevrilə biləcəyinə inanan hər kəs üçün. Futbol dünyasının dörd bir yanından gələn dəstək mesajları mənə bu idmanı niyə sevdiyimi xatırladır. Birlikdə irəliləməyə davam edirik."

Premyer Liqa və "Liverpul" açıqlama edərək Semenyonun yanında olduqlarını və yaşanan hadisəni qınadıqlarını bildiriblər.

"Bornmut" da irqçiliyə məruz qalan futbolçusu Semenyo üçün paylaşım edərək belə yazıb:"Çox yaxşı futbolçu, amma hər şeydən əvvəl çox yaxşı bir insandır. Bu şəraitdə yalnız bu qədər güclü xarakter bu cür dözümlü ola bilərdi. Səni sevirik və sənin yanındayıq, Antuan."Lalə Qüdrətova

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
5
news.milli.az

10Mənbələr