RU

Alyaska görüşü: “Tramp və Putindən asılı...”

“Alyaskada baş tutan Tramp-Putin görüşünə maksimalist yanaşma həqiqi nəticələrin ortaya çıxarılmasına mane olur. Nəticədə hər kəs görüşün yekunlarını olduğu kimi deyil, görmək istədiyi kimi şərh edir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Ədalət Partiyasının sədri Mütəllim Rəhimli deyib.

O bildirib ki, indi əsas müzakirə məsələsi bu görüşdə “Tramp uddu, yoxsa Putin daha çox qazandı” nisbətini müəyyənləşdirmək deyil:

“Əsas məsələ Ukrayna böhranı həll olacaqmı, günahsız insanların qanlarının tökülməsi dayandırılacaqmı olmalıdır. Çünki görüşən tərəflərin siyasi obrazı, kimlikləri haqqında kifayət qədər bilgilər mövcuddur. 

Alyaska görüşünü nəticəsiz hesab etmək doğru deyil. Hətta heç bir razılıq əldə edilməyibsə belə, görüşün baş tutması özü bir nəticədir. 

Prezidentlərin yeni bir görüş hazırlığı barədə fikirləri təsdiq edir ki, onlar arasında ortaq mövqe əldə edilib. Tramp açıqlamasında bildirdi ki, Ukrayna Prezidenti Zelenskiyə, NATO-ya və Avropa ölkələrinin liderlərinə zəng edəcək, onlarla məsləhətləşmələr aparacaq.

Hətta üçlü görüş məsələsinin də gündəmdə olduğunu bildirdi. Putin-Zelenski görüşündə özünün də iştirakının istənildiyini bildirən Tramp onun baş tutması üçün çalışacağını bildirdi. Bu o deməkdir ki, ortaq bir mövqe var, lakin onun həyata vəsiqə alması təkcə Tramp və Putindən asılı deyil”.

Artıq Zelenski Vaşinqtonda Trampla görüşəcəyi ilə bağlı paylaşım edib: 

“Bazar ertəsi Vaşinqtonda Prezident Trampla münaqişəyə son qoymağın bütün detallarını müzakirə edəcəyəm. Dəvətə görə minnətdaram".

“Cebheinfo.az”

Избранный
113
50
cebheinfo.az

10Источники