RU

"Erin" tropik fırtınasının gücü ikinci kateqoriyaya yüksəldi

Atlantik okeanında formalaşan "Erin" tropik fırtınası Saffir-Simpson şkalası üzrə ikinci kateqoriyaya çatıb.

News24.az xəbər verir ki, Report-un məlumatına görə, bu barədə ABŞ-nin Qasırğaları Müşahidə üzrə Milli Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, atmosfer hadisəsi saatda 27 km sürətlə şimal-qərb istiqamətində hərəkət edir. Təbiət hadisəsi daxilində küləyin maksimum sürəti saniyədə 44,4 metrə çatır.

Qasırğa ilə əlaqədar hələlik fırtına xəbərdarlığı elan edilməyib.


Избранный
81
8
news24.az

10Источники