Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Vaşinqton, 13 avqust , AZƏRTAC
Atlantik okeanında yaranan “Erin" tropik fırtınasının cümə axşamına qədər mövsümün ilk qasırğası olacağı gözlənilir.
AZƏRTAC-ın məlumatına görə, şənbə günü 3-cü kateqoriyaya kimi yüksələcək qasırğanın ABŞ-a birbaşa təsir etməyəcəyi, Puerto Riko daxil olmaqla Katib adalarını əhatə edəcəyi proqnozlaşdırılır.
Gələn həftə “Erin” qasırğasının Şimala doğru hərəkətə başlaması ehtimal edilir. Lakin sinoptiklərin fikrincə, onun ABŞ sahillərinə daxil olacağını demək hələ tezdir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.