Demokrat.az xəbər veirr ki, TƏBİB-in yaydığı məlumata görə, yaralanan şəxslər Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb.
"Şabran rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 9 nəfər (3-kişi, 6-sı qadın) Şabran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Hadisə nəticəsində xəsarət alan şəxslərə kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin açıq yaraları, müştərək travma və müxtəlif nahiyələrin sınıqları diaqnozları təyin olunub.
Vəziyyəti ağır qiymətləndirilən 1968 və 1986-cı il təvəllüdlü şəxslərin müalicələri Reanimasiya şöbəsində, 1972-ci il təvəllüdlü şəxsin vəziyyəti orta ağır qiymətləndirilib və müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
1979 (kişi), 1981 (qadın), 1985 (qadın) və 1986-cı il təvəllüdlü (qadın) şəxslər zəruri təcili tibbi yardımlar göstərildikdən sonra Quba Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.
1994 və 2001-ci il təvəllüdlü şəxslərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir" – məlumatda qeyd edilib.
10Источники
-
news24.azİsmayıllıda yol qəzası: Xəsarət alanlar var ( 20431773)
-
news24.azTovuz sakini qonşusunu avtomobillə vuraraq öldürdü ( 20432145)
-
azertag.azŞəkidə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib ( 20433432)
-
day.azİsmayıllıda avtomobil aşdı: Yaralılar var - FOTO ( 20433288)
-
cebheinfo.azTovuz sakini qonşusunu avtomobillə vuraraq öldürüb ( 20433177)
-
milli.azYük maşını yolda qəfil alovlandı - FOTO ( 20433147)
-
ikisahil.azPiyadanı maşın vurub -Tovuzda ( 20432934)
-
ikisahil.azİsmayıllıda avtomobil AŞDI: Yaralılar var ( 20432628)
-
redaktor.azİsmayıllıda maşın tərsinə çevrildi - Yaralılar var ( 20432436)
-
yeniazerbaycan.comİsmayıllıda avtomobil idarəetmədən çıxaraq aşıb, xəsarət alanlar var ( 20432376)