RU

“Atəşkəs yox, müharibəni bitirməliyik…Zelenski gəlir…” –Trampdan yeni açıqlama

“Biz müvəqqəti atəşkəs yaratmağı yox, müharibəni bitirməliyik”.

AzPost bildirir ki, bu barədə ABŞ prezidenti Tramp Putin və Zelenski ilə danışıqlarından sonra sosial media hesabında deyib:

“Alyaskada əla və çox uğurlu gün! Rusiya prezidenti Vladimir Putinlə görüş, Ukrayna prezidenti Zelenski və NATO-nun hörmətli baş katibi də daxil olmaqla, müxtəlif Avropa liderləri ilə sonrakı telefon danışığı çox yaxşı keçdi. Hamı razılaşdı ki, Rusiya ilə Ukrayna arasındakı dəhşətli müharibəni dayandırmağın ən yaxşı yolu müharibəni bitirən atəşkəs yox, birbaşa sülh sazişinin olmasıdır”.

“Prezident Zelenski bazar ertəsi (18 avqust) günorta Vaşinqtonda, Oval Ofisdə olacaq. Hər şey yaxşı olarsa, prezident Putinlə görüş təyin edəcəyik. Bu, milyonlarla insanın həyatını xilas edə bilər”, – Tramp yazıb.

AzPost.az

Избранный
15
50
azpost.info

10Источники