“Sumqayıt” yeni mövsüm üçün kapitanlarını açıqlayıb. Msport.az xəbər verir ki, sarğı millimizin də formasını geyinən Səbuhi Abdullazadəyə tapşırılıb.
Vitse-kapitanlar isə qapıçı Mehdi Cənnətovla Roi Kehat olacaq.
Qeyd edək ki, “Sumqayıt” yeni mövsümdə ilk oyununu avqustun 17-də saat 20:30-da öz meydanında “Kəpəz”ə qarşı keçirəcək.