RU

Tramp Zelenskiyə Rusiyayla razılaşmağı məsləhət görüb

ABŞ prezidenti hesab edir ki, Kiyev Moskvayla saziş bağlamağa məcbur olacaq...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskiyə məsləhət olaraq Rusiyayla razılaşma əldə etməyi tövsiyə edib. Bu barədə o, “Fox News” telekanalına verdiyi müsahibədə danışıb.

“Deyə bilərəm ki, görüş çox isti keçdi. O (Rusiya prezidenti Vladimir Putin – red.) güclü insandır. İki böyük dövlət arasında görüşün isti keçməsi yaxşı haldır. Məncə, biz razılaşmaya yaxınıq. Ukrayna buna razı olmalıdır. Ola bilsin ki, onlar ‘yox’ desinlər”, – deyə Tramp bildirib.

ABŞ lideri həmçinin əlavə edib: “Razılaşmanı imzala. Rusiya güclü ölkədir, amma onlar (Ukrayna – red.) deyil”.

Xatırladaq ki, Tramp və Putin Ankoricdə ABŞ-ın hərbi bazasında üç saata yaxın davam edən danışıqlardan sonra Ukrayna münaqişəsinin sülh yolu ilə həlli barədə razılığa gələ bilməyiblər. Buna baxmayaraq, Tramp görüşü “çox yaxşı” kimi qiymətləndirib və yaxın günlərdə Vladimir Zelenski, eləcə də Avropa ölkələrinin liderləri ilə telefon danışığı aparacağını açıqlayıb.

Poliqon.info

Избранный
100
9
poliqon.info

10Источники