RU

Tramp Alyaskada olarkən Ağ Evdə silahlı təlim keçiriləcək The Hill

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Məxfi Xidməti Rusiya və Amerika liderləri Vladimir Putinlə Donald Trampın Alyaskadakı görüşü zamanı Ağ Evdə silahlı təlimlər keçirəcək.

"Report"un məlumatına görə, bu barədə "The Hill" qəzeti məlumat yayıb.

Bildirilib ki, təlimlər cümə günü saat 20:00-dan şənbə günü 01:00-a qədər (Bakı vaxtı ilə 04:00-dan 09:00-a qədər) davam edəcək. Məxfi Xidmət yerli sakinlərə xəbərdarlıq edib ki, Ağ Evdə atəş səsləri eşidilə bilər, buna görə narahat olmağa dəyməz.

Xatırladaq ki, Tramp ötən il iki sui-qəsd cəhdi yaşayıb. Birincisi, 2024-cü ilin iyulunda Pensilvaniya ştatının Batler şəhərində seçki mitinqində baş verib - o zaman snayper tərəfindən atılan güllə siyasətçinin qulağını sıyırıb keçib. İkinci dəfə Ukraynaya yardım göstərilməsinin tərəfdarı olan şəxs Trampın Mar-a-Laqo (Florida ştatı) iqamətgahı yaxınlığında atəş açıb.

2024-cü ilin dekabrında Konqresin Nümayəndələr Palatasının qrupu öz hesabatında birinci sui-qəsd cəhdinin qarşısını ala bilmədikləri üçün ABŞ Məxfi Xidmətinin əməkdaşları və rəhbərliyini günahlandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
58
1
azpolitika.info

10Источники