AZ

"The Hill": Tramp Alyaskada olarkən Ağ Evdə silahlı təlim keçiriləcək

ABŞ Məxfi Xidməti Rusiya və Amerika liderləri Vladimir Putinlə Donald Trampın Alyaskadakı görüşü zamanı Ağ Evdə silahlı təlimlər keçirəcək.

"Report"un məlumatına görə, bu barədə "The Hill" qəzeti xəbər verib.

Qəzetin məlumatına görə, təlimlər cümə günü saat 20:00-dan şənbə günü 01:00-a qədər (Bakı vaxtı ilə 04:00-dan 09:00-a qədər) davam edəcək. Məxfi Xidmət yerli sakinlərə xəbərdarlıq edib ki, Ağ Evdə atəş səsləri eşidilə bilər, buna görə narahat olmağa dəyməz.

Xatırladaq ki, Tramp ötən il iki sui-qəsd cəhdi yaşayıb. Birincisi, 2024-cü ilin iyulunda Pensilvaniya ştatının Batler şəhərində seçki mitinqində baş verib - o zaman snayper tərəfindən atılan güllə siyasətçinin qulağını sıyırıb keçib. İkinci dəfə Ukraynaya yardım göstərilməsinin tərəfdarı olan şəxs Trampın Mar-a-Laqo (Florida ştatı) iqamətgahı yaxınlığında atəş açıb.

2024-cü ilin dekabrında Konqresin Nümayəndələr Palatasının qrupu öz hesabatında birinci sui-qəsd cəhdinin qarşısını ala bilmədikləri üçün ABŞ Məxfi Xidmətinin əməkdaşları və rəhbərliyini günahlandırıb.

Seçilən
40
1
report.az

10Mənbələr