Putin-Tramp görüşünün vaxtı dəyişdirilib. Belə ki, əvvəlcə danışıqların Moskva vaxtı ilə bu gün saat 22:30-da başlayacağı bildirilirdi. ABŞ Prezidentinin yenilənmiş qrafikinə əsasən, danışıqlar Moskva vaxtı ilə saat 22:00-da (Bakı vaxtı ilə 23:00-da) başlayacaq.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin açıqlamasında bildirilib.
Məlumata görə, şənbə günü saat 04:45-də Tramp Alyaskanı tərk edərək Vaşinqtona yola düşəcək.
Donald Tramp və Vladimir Putinin Alyaskada keçiriləcək görüşü 7 saatdan çox çəkməyəcək.
Xəzər
"Cebheinfo.az"