RU

Rusiyada barıt istehsalı zavodunda partlayış olub, xəsarət alanlar var

Rusiyanın Ryazan vilayətində barıt istehsalı zavodunda yanğın və partlayış baş verib.

APA xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, hadisə bu gün saat 11:00 radələrində qeydə alınıb, güclü səs eşidilib və müəssisə üzərində tüstü sütunu yüksəlib.

Bildirilib ki, ən azı 3 nəfər xəsarət alıb.

İlkin məlumatlara əsasən, yanğının səbəbi PUA hücumu ilə bağlı deyil. Regionda pilotsuz uçuş aparatları təhlükəsi ilə bağlı həyəcan siqnalı verilməyib.

Избранный
7
6
apa.az

10Источники