Rusiyanın Ryazan vilayətində barıt istehsalı zavodunda yanğın və partlayış baş verib.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, hadisə bu gün saat 11:00 radələrində qeydə alınıb, güclü səs eşidilib və müəssisə üzərində tüstü müşahidə olunub.
Bildirilib ki, ən azı 3 nəfər xəsarət alıb.
İlkin məlumatlara əsasən, yanğının səbəbi PUA hücumu ilə bağlı deyil. Regionda pilotsuz uçuş aparatları təhlükəsi ilə bağlı həyəcan siqnalı verilməyib.
"Cebheinfo.az"