AZ

Rusiyada barıt zavodunda partlayışda ölənlərin sayı 5-ə çatıb, 20 nəfər yaralanıb 

Rusiyanın Ryazan vilayətində barıt istehsalı zavodunda partlayışda ölənlərin sayı 5-ə çatıb... 

APA xəbər verir ki, Rusiya mətbuatı “Elastik” zavodunda yanğınla müşayiət olunan partlayışda yaralananlardan 10 nəfərinin vəziyyətinin ağır olduğunu yazır.

İlkin ehtimala görə, partlayışa barıt istehsal edən sexdə texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəb olub.

Partlayış nəticəsində sexin binası tamamilə dağılıb.Dağıntılar altında qalanların olduğu bildirilir.

Zavod ərazisindən 100 nəfər təxliyə edilib.
Qeyd edək ki, 2021-ci ildə də bu zavodda partlayış baş verib. Həmin vaxt barıt istehsalı sexində baş vermiş partlayışda 17 nəfər ölmüşdü.
***
Rusiyanın Ryazan vilayətində barıt istehsalı zavodunda partlayışda üç nəfər ölüb.
APA xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Şilov rayonunda yerləşən “Elastik” zavodunda partlayışda 20 nəfərin yaralandığı bildirilib.
***
Rusiyanın Ryazan vilayətində barıt istehsalı zavodunda yanğın və partlayış baş verib.
APA xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, hadisə bu gün saat 11:00 radələrində qeydə alınıb, güclü səs eşidilib və müəssisə üzərində tüstü müşahidə olunub.
Bildirilib ki, ən azı 3 nəfər xəsarət alıb.
İlkin məlumatlara əsasən, yanğının səbəbi PUA hücumu ilə bağlı deyil. Regionda pilotsuz uçuş aparatları təhlükəsi ilə bağlı həyəcan siqnalı verilməyib.

Poliqon.info

Seçilən
14
4
poliqon.info

10Mənbələr